5 C
Baku
Saturday, December 14, 2024

Avropada nağd pula tələbat rekord səviyyədə artıb

Avropa Mərkəzi Bankının (ECB) son məlumatlarına görə, Avropada karantin dövründə nağd avroya tələbat rekord səviyyədə artıb.

“Kommersant” xəbər verir ki, ECB-nin dünən dərc olunan həftəlik bülletenində 10 aprel tarixinə avrozonada 1,327 trilyon avro pulun dövriyyədə olduğu göstərilib.

Bu, Avropada karantin tədbirlərinin kütləvi şəkildə tətbiq edildiyi mart ayı ilə müqayisədə 41,2 milyard avro çoxdur. “Financial Times”ın hesablamalarına görə, bu, 2008-ci ilin maliyyə böhranından bəri nağd avro dövriyyəsində rekord artım olub. Belə ki, 24 oktyabr 2008-ci il tarixində öncəki dörd həftə ilə müqayisədə nağd dövriyyə 41,4 milyard avro artmışdı.

Nağd pul dövriyyəsindəki artım həkimlərin COVID-19 pandemiyası zamanı üzərində virus ola biləcək kağız pullardan istifadəni məhdudlaşdırmaq barədə tövsiyələrinə baxmayaraq qeydə alınıb.

Avropa İttifaqı rəsmiləri nağd pulların populyarlığının artmasını insanların “qara gün” üçün təhlükəsizlik yastığı təşkil edərək bankomatlardan daha çox pul çıxarmaları ilə əlaqədar ola biləcəyini düşünürlər. Məsələn, İrlandiya Mərkəzi Bankının məlumatına görə, aprel ayının ilk həftəsində ölkədə bankomatlardan pul çıxarmaq üçün aparılan əməliyyatların sayı 57% azalıb, lakin çıxarılan vəsaitin həcmi xeyli artıb.

©Report

Son xəbərlər
Digər xəbərlər