8 C
Baku
Wednesday, October 30, 2024

Avropada pensiya yaşı 74-ə qaldırılır

Avropada pensiya yaşının 74 yaşa qaldırılması prosesinə başlanılıb.

Bu istiqamətdə ilk müvafiq addımlardan biri Yunanıstan tərəfindən atılıb və bu yaşa qədər bir sıra vətəndaşlar üçün məşğulluq proqramları təsdiq edilib.

Avropa Parlamentinin keçmiş deputatı, “Yunanıstan – Başqa bir yol” partiyasının sədri, Krit Universitetinin Aİ institutlarının professoru Notis Mariasın sözlərinə görə, bir neçə gün əvvəl Yunanıstan Parlamenti Maliyyə Nazirliyinin qanun layihəsini qəbul edib. Qanun layihəsinin maddələrindən biri Dövlət Məşğulluq Xidmətinin məşğulluq proqramlarına “yaşı 67-dən yuxarı və 74 yaşadək” pensiya hüququ üçün lazım olan pensiya stajına malik olmayan işsiz vətəndaşların daxil edilməsini nəzərdə tutur.

Notis Marias “Bu isə ümumavropa səviyyəsində pensiya yaşının 74-ə qaldırılmasının başlanğıcıdır” deyib.

Son xəbərlər
Digər xəbərlər