Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 830 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
Banker.az xəbər verir ki, 9 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 832.1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (758.5 dollar) ilə müqayisədə 9.7% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.