21 C
Baku
Friday, May 31, 2024

Avropada qaz 4%-dən çox ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti təqribən 570 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Banker.az xəbər verir ki, 13 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 572 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (596.7 dollar) ilə müqayisədə 4.1% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər