15 C
Baku
Monday, December 4, 2023

Avropada qaz 6%-dən çox ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 542 ABŞ dollarına enib.

13 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 541.9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (579.3 dollar) ilə müqayisədə 6.4% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər
X