Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
Banker.az xəbər verir ki, 22 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 009.4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 071.4 dollar) ilə müqayisədə 5.8% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
***
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 935 ABŞ dollarından aşağı enib.
Banker.az xəbər verir ki, 23 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 932 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 007.7 dollar) ilə müqayisədə 7.5% azdır.