27 C
Baku
Saturday, July 27, 2024

Avropada qaz 7%-dək bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 620 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Banker.az xəbər verir ki, 31 yanvar tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 662.3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (621.2 dollar) ilə müqayisədə 6.6% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər