14 C
Baku
Saturday, November 23, 2024

Avropada qaz bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 445 ABŞ dollarına yaxınlaşıb.

15 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 444.3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (427.8 dollar) ilə müqayisədə 3.9% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər