4 C
Baku
Tuesday, December 24, 2024

Avropada qaz ehtiyatları 65%-i ötüb

Avropanın anbarlarında qaz ehtiyatları onların ümumi tutumunun 65.61 faizinə çatıb. Bu da son beş ilin müvafiq dövrü üzrə orta göstəricidən 19 faiz bəndi çoxdur.

WindEurope assosiasiyasının məlumatına görə, may ayının əvvəlindən bəri Avropada külək enerjisi istehsalı regionun elektrik enerjisinə tələbatının 14.9 faizini təşkil edib. 2022-ci ilin may ayının ilk 20 günündə həmin göstərici 13 faiz idi.

Sərin hava şəraiti operatorlara ehtiyatları artırmağa imkan verir ki, bu da qiymətlərin aşağı enməsinə təsir göstərir. Qazın spot qiyməti cümə günü daha 2 faiz ucuzlaşıb və Niderlandın TTF mərkəzində tədarük müqaviləsi 1000 kubmetr üçün 322 dollardan bağlanıb.

Eyni zamanda, ABŞ-da qaz ehtiyatlarının mövcud səviyyəsi ixracı aktiv şəkildə artırmağa imkan yaradır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər