13 C
Baku
Saturday, November 23, 2024

Avropada qaz fyuçersləri 8% ucuzlaşıb

2023-cü ildə həftənin ilk iş günündə Avropada qazın qiyməti min kubmetr üçün 800 dollardan aşağı olub.

Bunu “ICE London” Fond Birjasının məlumatları sübut edir.

TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri hər min kubmetr üçün 777,3 ABŞ dolları (-8%) səviyyəsində ticarət edilib. Daha sonra onların dəyəri 790,5 dollar (-6,4%) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün, ötən həftənin cümə gününün hesablaşma qiymətinə (min kubmetr üçün 844,3 ABŞ dollar) əsaslanır.

Xatırladaq ki, dekabrın 30-da kotirovkalar son 10 ayda ilk dəfə olaraq min kubmetr üçün 800 dollardan aşağı düşmüşdü.

Son xəbərlər
Digər xəbərlər