11 C
Baku
Monday, November 25, 2024

Avropada qaz qiymətləri bu ilin maksimumunu yeniləyib

Avropada qaz qiymətləri bu gün ticarət sessiyasının əvvəlində cari ilin maksimumunu yeniləyib (ötən ilin dekabrından – red) .

Bu gün hərracların başlanğıcında TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 439,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (434,2 dollar) ilə müqayisədə 1,2% çoxdur.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər