Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dolları səviyyəsində qərarlaşıb.
9 may tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) iyun fyuçerslərinin qiyməti 1 105,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 0,4% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.