15 C
Baku
Sunday, November 24, 2024

Avropada qaz ucuzlaşmaqda davam edir

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 600 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Banker.az xəbər verir ki, 8 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 602.7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (618.7 dollar) ilə müqayisədə 2.6% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər