25 C
Baku
Saturday, July 27, 2024

Avropada qazın qiyməti 1 200 dollardan aşağı enib

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarından aşağı enib.

Banker.az xəbər verir ki, 19 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 176.5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 270.7 dollar) ilə müqayisədə 7.4% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər