13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Avropada qazın qiyməti 1 200 dolları keçib

London ICE birjasında keçirilən ticarətin sessiyasının nəticələrinə görə, Avropada qazın qiyməti min kubmetr üçün 1 200 ABŞ dollarını keçib.

Banker.az xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.

Niderlanddakı TTF mərkəzindəki bu gün keçirilən ticarət sessiyasının sonunda noyabr fyuçerslərinin min kubmetrə görə qiyməti təxminən 1 214 ABŞ dolları təşkil edib.

Ümumilikdə isə günün əvvəlindən etibarən ümumi qiymət artımı 8 %-dən çox olub.

Avropa qaz bazarında qiymətlərin dəyişkənliyi qış fəsli ərəfəsində qaz anbarlarının az dolması ilə əlaqələndirilir.

Son xəbərlər
Oxşar xəbərlər
X