25 C
Baku
Saturday, July 27, 2024

Avropada qazın qiyməti 15%-dək artıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 900 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

22 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 880 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 14.6% çoxdur.

Qeyd edək ki, dünən gün ərzində mart ayından ilk dəfə olaraq Avropada qazın qiyməti 3 000 dolları səviyyəsini keçmişdi.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər