7 C
Baku
Monday, February 6, 2023

Avropada qazın qiyməti 15%-dən çox ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 615 ABŞ dollarından aşağı enib.

Banker.az xəbər verir ki, 16 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 614.5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (727.1 dollar) ilə müqayisədə 15.5% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər
X