4 C
Baku
Sunday, December 4, 2022

Avropada qazın qiyməti 2 100 dollara yaxınlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 100 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb

Banker.az xəbər verir ki, 13 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 091.8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 000.2 dollar) ilə müqayisədə 4.6% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər
X