8 C
Baku
Wednesday, October 30, 2024

Avropada qazın qiyməti 440 dollara yaxınlaşır

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 440 ABŞ dollarına yaxınlaşır.

15 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 437,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (427,8 dollar) ilə müqayisədə 2,4% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər