11 C
Baku
Sunday, December 8, 2024

Avropada qazın qiyməti 445 dollar səviyyəsində qərarlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 445 ABŞ dolları səviyyəsində qərarlaşıb.

1 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 445 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (438.3 dollar) ilə müqayisədə 1.5% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər