21 C
Baku
Tuesday, April 16, 2024

Avropada qazın qiyməti 550 dolları ötüb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 550 ABŞ dollarını ötüb.

3 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 551.7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (538.2 dollar) ilə müqayisədə 2.5% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər