15 C
Baku
Sunday, April 14, 2024

Avropada qazın qiyməti 9%-dək ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti, demək olar ki, 1 880 ABŞ dollarından aşağı enib.

Banker.az xəbər verir ki, 29 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 876.6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 056.6 dollar) ilə müqayisədə 8.75% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər