9 C
Baku
Wednesday, November 29, 2023

Avropada qazın qiyməti bir gündə 23%-dək bahalaşıb

Ötün gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 320 ABŞ dollarını ötüb.

5 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 323.4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (263.3 dollar) ilə müqayisədə 22.8% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X