5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Avropada qazın qiyməti ilin son günü 800 dollardan aşağı düşüb

Avropada qazın qiyməti ilin son günü 800 ABŞ dollarından aşağı düşüb.

Bunu ICE London birjasının məlumatları təsdiq edir.

Məlumata görə, mavi yanacağın qiyməti sonuncu dəfə noyabrın əvvəlində bu göstəriciyə çatıb.

Niderlanddakı TTF qovşağında fevral fyuçerslərinin qiyməti 2021-ci ildə min kubmetr üçün 781 dollar səviyyəsində ticarəti başa vurub.

Ticarət başlayandan bəri qazın qiymətinin ümumi azalması təxminən 24% təşkil edib.

2021-ci ilin yanvarında qaz ticarəti min kubmetr üçün təxminən 230 dollardan başlayıb. Aprel ayında qazın qiyməti yüksəlib və ilk dəfə 1 000 dollarlıq mərhələyə adlayıb. Dekabrın 21-də Avropada qazın birja qiyməti tarixdə ilk dəfə olaraq min kubmetr üçün 2 000 dollar psixoloji həddi keçib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər