26 C
Baku
Saturday, July 27, 2024

Avropada qazın qiyməti ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 640 ABŞ dollarında aşağı səviyyəsində qərarlaşıb.

Banker.az xəbər verir ki, 6 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 636 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (652.4 dollar) ilə müqayisədə 2.5% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər