19.2 C
Baku
Sunday, September 25, 2022

Avropada qazın qiyməti ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 400 ABŞ dollarından aşağı enib.

16 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 345 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1% çoxdur.

Qeyd edək ki, dünən gün ərzində hərraclar zamanı Avropada qazın qiyməti 2 600 dolları keçib.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər