25 C
Baku
Saturday, July 20, 2024

Avropada qazın qiyməti yenidən artmağa başlayıb

Avropa İttifaqının yeni sanksiyaları səbəbindən “Türkiyə axını” qaz kəmərinin operatoru – “South Stream Transport B.V.” kompaniyasının ixrac lisenziyasının ləğvi barədə xəbərlər fonunda Avropada qazın qiyməti yenidən artmağa başlayıb.

Avropada sentyabrın 30-da keçirilən hərracın gedişində mavi yanacağın min kubmetrinin qiyməti 10 faizdən çox bahalaşaraq 2 min 100 dollara yaxınlaşıb. Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın noyabr fyuçersinin qiyməti 2 min 87 dollardır.

Bir müddət öncə “Türk axını” kəmərinin operatoru Avropa İttifaqının yeni sanksiyaları səbəbindən ixrac lisenziyasının vaxtından əvvəl ləğv edildiyi barədə məlumat yayıb. Eyni zamanda, yeni sanksiyalar bu qaz kəməri ilə Türkiyəyə və Avropa ölkələrinə yanacaq nəqlini məhdudlaşdırmır və kompaniya lisenziyanın yenilənməsi üçün müvafiq orqanlara müraciət edib. Lisenziyanın ləğvinə dair rəsmi bildiriş Hollandiya hakimiyyəti tərəfindən Rusiyada, o cümlədən onun iqtisadi zonasında və kontinental şelfində istifadə olunacaq məhsulların tədarükünün, texniki yardım və xidmət göstərilməsinin qadağan edilməsi ilə bağlı göndərilib.

2020-ci ilin yanvar ayında istismara verilən və ümumi tutumu 31.5 milyard kubmetrə çatan “Türk axını” ixrac boru kəməri iki xətdən ibarətdir. Onlardan biri Türkiyəni, digəri isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin etmək üçün nəzərdə tutulub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər