Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 385 ABŞ dollarına çatıb.
22 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) iyul fyuçerslərinin qiyməti 1 384,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1,1% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.