12 C
Baku
Saturday, November 23, 2024

Avropada qazın qiyməti 11% artıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 2 500 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

5 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 463.2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 219.6 dollar) ilə müqayisədə 11% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər