12 C
Baku
Saturday, November 23, 2024

Avropada qazın qiyməti 18% ucuzlaşıb

Londonun ICE birjasında hərracların açılışında (Bakı vaxtı ilə 10:07-də) Avropada təbii qazın sentyabr fyuçerslərinin dəyəri 1 min kubmetr üçün 335.8 dollara düşüb. Avqustun 23-də ticarətin bağlanışında olan göstərici ilə müqayisədə maya dəyəri 18.2% azalıb. Avstraliyada qaz platforması işçilərinin tətilinin qarşısının alınması xəbərindən sonra qiymətlər ucuzlaşmağa başlayıb.

Avstraliyanın neft və qaz şirkəti “Woodside Energy Group” tətil elan etməyə söz vermiş işçiləri üçün daha yaxşı maaş və iş şəraitini vəd edib. Avqustun 21-də tətil xəbərləri fonunda Avropada qazın birjada qiyməti təxminən 16% artaraq 1000 kubmetr üçün 480 dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər