Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 210 ABŞ dollarını ötüb.
10 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 211.3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 8.6% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.