13 C
Baku
Friday, November 22, 2024

Avropada qazın qiyməti 315 dollardan aşağı enib

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 315 ABŞ dollarından aşağı enib.

17 yanvar tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 312 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (333.9 dollar) ilə müqayisədə 6.6% azdır.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər