Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 400 ABŞ dollarına yaxınlaşıb.
20 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 399.7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (390.9 dollar) ilə müqayisədə 2.3% çoxdur.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.