9 C
Baku
Wednesday, November 6, 2024

Avropada qazın qiyməti 400 dollara yaxınlaşır

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 400 ABŞ dollarına yaxınlaşır.

28 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 392,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (388,9 dollar) ilə müqayisədə 0,9% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər