Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 455 ABŞ dollarına yaxınlaşıb.
8 avqust tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 454,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (434,2 dollar) ilə müqayisədə 4,8% çoxdur.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.