14 C
Baku
Saturday, November 23, 2024

Avropada qazın qiyməti 6% ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

Banker.az xəbər verir ki, 1 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 189.2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5.8% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər