15 C
Baku
Sunday, November 24, 2024

Avropada qazın qiyməti 650 dolları ötüb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 650 ABŞ dollarında yuxarı səviyyəsində qərarlaşıb.

Banker.az xəbər verir ki, 1 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 656.9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (646.4 dollar) ilə müqayisədə 1.6% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər