11 C
Baku
Wednesday, December 11, 2024

Avropada qazın qiyməti 7% ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 600 ABŞ dollarına enib.

Banker.az xəbər verir ki, 7 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 603.3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (648.9 dollar) ilə müqayisədə 7% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər