Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 060 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
Banker.az xəbər verir ki, 24 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 059.7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə (1 150.9) müqayisədə 7.9% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.