14 C
Baku
Saturday, November 23, 2024

Avropada qazın qiyməti bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 444 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb

27 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 444.2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (440.1 dollar) ilə müqayisədə 0.9% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər