5 C
Baku
Tuesday, February 11, 2025

Avropada qazın qiyməti dekabrın sonundan bəri ən aşağı səviyyəyə düşüb

Yanvarın 6-da birja ticarəti zamanı Avropada təbii qazın qiyməti 2024-cü il dekabrın 31-dən bəri ən aşağı səviyyəyə düşüb. Bunu London ICE birjasının məlumatları sübut edir. Belə ki, dünəndən etibarən qazın qiyməti təxminən iki faiz ucuzlaşıb. Fevralda Hollandiyadakı TTF qovşağında qaz fyuçersləri bir kubmetr üçün 517.5 dollara düşüb.

Bu ilin əvvəlində “Bloomberg” xəbər verib ki, Avropada hərracda qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb və 1 min kubmetr üçün 540 dollar təşkil edir. Qeyd edilib ki, Rusiya qazının Ukrayna ərazisi ilə Avropa ölkələrinə nəqlinin dayandırılması səbəbindən yanacağın qiyməti qalxıb.

Avropanın qaz anbarları təkcə tranzitin dayandırılması ilə bağlı vəziyyətə görə deyil, həm də istiliyə tələbatın artmasına səbəb olan şaxtalar fonunda sürətlə boşalır. Yanvarın əvvəlinə olan məlumata görə, Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin anbarlarındakı qaz ehtiyatları 2024-cü ilin eyni dövründə qeydə alınan 86%-ə qarşı təxminən 70%-ə düşüb.

Son xəbərlər
Digər xəbərlər