Avropada qazın mart fyuçerslərinin qiyməti düşərək, min kubmetr üçün 923-943 ABŞ dolları diapazonunda dəyişir.
Banker.az Londonun ICE birjasına istinadən xəbər verir ki, ötən ilin yazında TTF habı indeksi üzrə orta hesabla 250-300 ABŞ dolları səviyyəsində olan qazın qiyməti dekabr ayının 21-də tarixi maksimuma – 2 190 ABŞ dollarına çatıb.
Avropada qazın qiymətinin kəskin surətdə artması müxtəlif amillərdən qaynaqlanır. Ekspertlər bu amillər sırasında Asiyada sıxılmış təbii qaza olan tələbin kəskin sürətdə artması, tədarükçülərin təklifinin məhdud olması və Avropada qaz anbarlarının doluluq səviyyəsinin az olmasını göstərirlər.