3 C
Baku
Monday, February 10, 2025

Avropada qazın qiyməti son iki ilin ən yüksək səviyyəsinə çatıb

Regionda soyuq hava şəraiti ilə əlaqədar artan tələbat fonunda Avropada qaz qiymətləri son iki ilin ən yüksək səviyyəsinə qalxıb. Bazar ertəsi, fevralın 10-da mart qaz fyuçerslərinin qiyməti 4.1% artaraq 1 MVt/saat üçün 58.75 avro təşkil edib ki, bu da 2023-cü ilin fevralından bəri ən yüksək səviyyədir.

Agentlik yazır ki, Şimal-Qərbi Avropa ölkələri yaxın günlərdə şaxtalara hazırlaşır və bu, qiymət artımını daha da stimullaşdıra bilər. Yüksək yanacaq istehlakı 2022-ci il enerji böhranından bəri ilin bu vaxtı üçün ən aşağı səviyyədə olan yeraltı anbar ehtiyatlarını azaldıb.

“Global Risk Management”in analitiki Arne Lohmann Rasmussen Aİ ehtiyatlarının yaza qədər “çox aşağı səviyyəyə” düşəcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər