14 C
Baku
Saturday, November 23, 2024

Avropada qazın qiyməti ucuzlaşmaqda davam edir

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 340 ABŞ dollarından aşağı enib.

18 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 337.6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (357.8 dollar) ilə müqayisədə 5.6% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər