Bu gün hərracların açılışı zamanı Avropada qazın 1000 kubmetrinin qiyməti 1 200 ABŞ dolları ötüb.
Bu barədə birja xəbərlərinə istinadən məlumat verilir.
Məlumata görə, 4 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 200,36 dollar təşkil edib.
Xatırladaq ki, ötən həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 100 dollar həddini ötüb.