13 C
Baku
Sunday, November 24, 2024

Avropada qazın qiyməti yenidən ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 780 ABŞ dollarından aşağı enib.

Banker.az xəbər verir ki, 10 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 777 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (822 dollar) ilə müqayisədə 5.5% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər