Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 700 ABŞ dollarından aşağı enib.
Banker.az xəbər verir ki, 23 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 690.9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (747 dollar) ilə müqayisədə 7.5% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.