Avropada qazın qiyməti yaxın gələcəkdə yüksək olaraq qalacaq və 2021-ci ilin əvvəlinə olan göstəricilərə – 1000 kubmetr üçün 200-250 dollara qayıtmaq mümkün olmayacaq.
Bu proqnozu TASS-a müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak verib.
O qeyd edib ki, yanacağın qiyməti əsasən qış mövsümündə temperaturdan asılı olacaq, lakin “yaxın gələcəkdə çatışmazlıq səbəbindən qiymətlər artacaq”.
Onun sözlərinə görə, enerji qiymətləri ilə bağlı vəziyyət son dərəcə qeyri-sabitdir və bu tendensiya 2023-cü ildə qaz və neft bazarlarında müşahidə olunacaq.
“Bununla yanaşı, Rusiya öz ixrac planlarından və qlobal karbohidrogen bazarında əsas oyunçu olmaq niyyətindən imtina etmir”, – deyə baş nazirin müavini qeyd edib.