25 C
Baku
Saturday, July 27, 2024

Avropada təbii qaz 6%-dən çox bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 670 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

19 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 672 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 6,2% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.

 

 

Son xəbərlər
Digər xəbərlər