12 C
Baku
Sunday, October 27, 2024

Avropada təbii qazın qiyməti 1 200 dollardan aşağı enib

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin 1 200 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

8 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) may fyuçerslərinin qiyməti 1 161 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1,5% azdır.

Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

 

 

Son xəbərlər
Digər xəbərlər